İsmayıllının Diyallı kəndinin yolları bərbad vəziyyətə düşüb

İsmayıllının Diyallı kəndinin yolları bərbad vəziyyətə düşüb İsmayıllı rayon Diyallı kəndinin yolları bərbad vəziyyətə düşüb.
İnfrastruktur
13 Dekabr , 2022 14:12
İsmayıllının Diyallı kəndinin yolları bərbad vəziyyətə düşüb

İsmayıllı rayonunun Diyallı kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, uzun illərdir yol sarıdan xeyli əziyyət çəkirlər.

Sakinlər deyirlər ki, xəstələri olanda təcili tibbi yardım, yanğın olanda isə yanğınsöndürənlər vaxtında kəndə çata bilmir: "Yolların əlverişsiz olması ən çox nəqliyyat vasitələrinin işini çətinləşdirir və buna görə də hərəkət ləngiyir, gediş-gəliş əlavə vaxt alır. Nəticədə sakinlər mənzil başına zamanında çata bilmirlər, avtomobillərin hissələri isə tez-tez sıradan çıxır".

Bildirilib ki, yolun rayon mərkəzindən kənd istiqamətinə qədər, təxminən, 10-12 km olan hissəsi nisbətən yaxşı vəziyyətdədir. Amma kəndin daxilinə doğru gedən hissəsi iri çay daşları ilə örtülüb ki, bu da öz növbəsində hərəkəti əlverişsiz edir.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Cahangir Surxayev “Report”un yerli bürosuna bildirib ki, sakinlər bələdiyyəyə olan vergilərini ödədiyi təqdirdə həmin yola daş-çınqıl döşənməsi işləri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi