Yanvarın 26-da, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinin fevral ayına olan biletləri satışa çıxarılacaq.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri
İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları ötən il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 506 reys həyata keçirilib.