Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 80 %-i tamamlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 80 %-i tamamlanıb Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 80 % yerinə yetirilib.
İnfrastruktur
20 Fevral , 2023 14:34
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 80 %-i tamamlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 80 % yerinə yetirilib.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı deyib.

T.Abbaslının sözlərinə görə, dəmir yolunda tikinti işlərinin 38 %-i icra edilib:

"Hazırda 55-56-cı kilometrlərdə dəmir rels-şpal işlərinin qurulması həyata keçirilir. Amma torpaq işləri isə 71-ci km-də davam etdirilir. Xəttin ümumi uzunluğu düz ox üzrə 110,4 km, yan yollarla birlikdə 140,6 km təşkil edir".

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.

Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.

Son xəbərlər

Orphus sistemi