ADY sədri: "Horadiz-Ağbənd dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək"

ADY sədri: "Horadiz-Ağbənd dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək" “Horadiz-Ağbənd dəmir yolu xəttinin 2023-cü ilin I rübündə istifadəyə verilməsi gözlənilir".
İnfrastruktur
12 Dekabr , 2021 12:18
ADY sədri: Horadiz-Ağbənd dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək
Cavid Qurbanov

“Horadiz-Ağbənd dəmir yolu xəttinin 2023-cü ilin I rübündə istifadəyə verilməsi gözlənilir".

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

“Dəmir yolu xəttinin tikintisini 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacağıq. Xəttin uzunluğu 11 km uzanıb. Artıq 40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri də gedir. Paralel olaraq minalardan təmizlənmə işləri də aparılır. Bu ilin sonuna qədər yəqin ki 50 km-lik işlər yekunlaşacaq”, - deyə o, qeyd edib.

"Horadiz-Ağbənd dəmir yolu xəttinin Naxçıvandakı dəmir yolu xətti ilə birləşdirilməsinə isə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar nəticə verdikdən - kommunikasiyaların açılmasına razılıq əldə olunduqdan sonra başlanıla bilər. Ermənistanın Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın idarəetməsində olacaq. Hesab edirəm ki, gələcəkdə bu müddət uzadılacaq", - deyə C.Qurbanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi