Hidrogenli təyyarə layihəsi böyük şirkətlərin dəstəyini aldı

Hidrogenli təyyarə layihəsi böyük şirkətlərin dəstəyini aldı Kaliforniyada yerləşən “ZeroAvia” şirkəti hidrogen-elektrik əsaslı təyyarə mühərrikləri yaratmağı qarşıya məqsəd qoyaraq dünya sərmayə bazarının nəhəngləri tərəfindən dəstək aldı.
İnfrastruktur
700
21 Dekabr , 2020 19:57
Hidrogenli təyyarə layihəsi böyük şirkətlərin dəstəyini aldı

ABŞ-ın Kaliforniya ştatında yerləşən “ZeroAvia” şirkəti hidrogen-elektrik əsaslı təyyarə mühərrikləri yaratmağı qarşıya məqsəd qoyaraq dünya sərmayə bazarının nəhəngləri tərəfindən dəstək aldı.

“Report” “CNN Business”ə istinadən xəbər verir ki, “Zero Avia” bir həftə bundan əvvəl “Amazon”, “Shell”, “Breaktrough Energy Ventures” şirkətlərindən 21,4 milyon ABŞ dolları, habelə Böyük Britaniya hökumətindən 16,3 milyon ABŞ dolları vəsait aldığını, bu yöndə “British Airways”lə əməkdaşlıq etdiklərini bildirib.

Bu vəsait 2023-cü ilədək 500 milədək məsafəyə uçuşlarda istifadə olunacaq hidrogenli mühərrikə malik 19 yerlik təyyarə hazırlanmasına sərf ediləcək. Qarşıdakı 10 il ərzində isə 1 000 mildən artıq məsafə qət edə bilən 100 nəfərdən artıq sərnişin daşıyan təyyarə ərsəyə gətirmək hədəflənir.

“Zero Avia” şirkətinin baş direktoru Val Miftəxov təqdim etdikləri texnologiyanı 2023-cü ilədək 10-dan artıq hava yolu şirkətinin tətbiq etməyə hazır olduğunu bildirib.

Bu ilin sentyabr ayında “Zero Avia”nın “HyFlyer I” layihəsi çərçivəsində hazırladığı 6 yerlik hidrogenli təyyarə aşağı hündürlükdə uçmuş, yerə enmiş, yenə də qalxıb dövrə vurmuşdu. Şirkət 6 yerlik təyyarə ilə 250 milədək məsafə qət etməyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi