Bu ilin III rübündə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 30,8 %-i və yaxud 258,751 min tonu Azərbaycandan göndərilib.
“Report” bu barədə Gürcüstan Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, III rübdə Gürcüstanın dəmiryolları ilə 3,6 milyon ton yük daşınıb ki, bu da, illik müqayisədə 0,7 % azdır. Ümumi yüklərin 10,1 %-i ölkədaxili, 30,5 %-i beynəlxalq (tranzit istisna olmaqla) və 59,4 %-i tranzit yüklərin payına düşüb.
Hesabat dövründə Gürcüstana daxil olan dəmiryolu yüklərinin 37 %-i Rusiyadan, 30,8 %-i Azərbaycandan və 32,2 %-i isə digər ölkələrdən daxil olub.
İyul-sentyabr aylarında yükdaşımaların ümumi həcminin 40,6 %-ni koks və emal olunmuş neft məhsulları, 16,6 %-ni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları və 14,2 %-i isə metal filizləri, eləcə də mədən və karxana məhsulları təşkil edib.