"Gəncə Cihazqayırma Zavodu" "Azərsu" üçün sayğac tədarükünü dayandırıb

"Gəncə Cihazqayırma Zavodu" "Azərsu" üçün sayğac tədarükünü dayandırıb "Son dövrlərdə bizdə müasir qurğular, avadanlıqlar istifadəyə verilib. Amma vəsait çatışmazlığından biz həmin qurğuların reqlamentə uyğun istifadəsi baxımından çətinlik çəkirdik. Həmin qurğular mütəmadi təmir edilməlidir”.
İnfrastruktur
2 Fevral , 2021 18:08
Gəncə Cihazqayırma Zavodu Azərsu üçün sayğac tədarükünü dayandırıb

"Son dövrlərdə bizdə müasir qurğular, avadanlıqlar istifadəyə verilib. Amma vəsait çatışmazlığından biz həmin qurğuların reqlamentə uyğun istifadəsi baxımından çətinlik çəkirdik. Həmin qurğular mütəmadi təmir edilməlidir”.

“Report” xəbər verir ki, bunu “Azərsu“ ASC-nin sözçüsü Anar Cəbrayıllı İTV-nin “Sabaha saxlamayaq” verilişində deyib.

"Ümumiyyətlə, həll ediləsi məsələlər çoxdur. "Azərsu" tarif dəyişikliyindən sonra bunları həll edəcək. Bu gün Bakının 81,6 %-nə su veririk. Bu gün tarif artırıldı, lakin biz yayda Bakının 100 %-nə su verə bilməyəcəyik. Bu gün "Azərsu"yun 130 mindən çox abunəçisinin su sayğacının istismar dövrü keçib. Bizə sayğac qoyulması ilə bağlı müraciətlər olurdu, amma sayğac qoya bilmirdik, çünki tədarükçülərə böyük borcumuz var idi. "Gəncə Cihazqayırma Zavodu" ASC borca görə bizim üçün sayğac tədarükünü dayandırıb. "Azərsu" 2004-cü ildə yaradılıb, bu günə qədər zərərlə işləyib", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi