ƏMDK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

ƏMDK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bakı. 20 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun noyabrın 24-də Sumqayıt şəhərində keçirəcəyi vətəndaş qəbulunun vaxtı noyabrın 30-na dəyişdirilib.
İnfrastruktur
20 Noyabr , 2017 12:48
ƏMDK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun noyabrın 24-də Sumqayıt şəhərində keçirəcəyi vətəndaş qəbulunun vaxtı noyabrın 30-na dəyişdirilib.

“Report” Komitəyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Qubadlı rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq. K.Həsənov ƏMDK-nın fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyektinin və yaxud torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn rejimdə [email protected] elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin aparatı - tel.: (012) 490 24 08, daxili 105 və 349;

Komitənin 5 saylı ərazi şöbəsi - tel.: (018) 654-47-97, 655-38-80; ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12;

ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi - (018) 652-01-71; ünvan: Sumqayıt şəhəri, Koroğlu prospekti, 42-ci məhəllə; 

Son xəbərlər

Orphus sistemi