Bakı. 11 dekabr. REPORT.AZ/
Komitədən “Report”a verilən məlumata görə, qəbul saat 10:00-da
Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaşlar Komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və onları maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);
Komitənin Sumqayıt ərazi şöbəsi: (018) 654-47-97, (018) 655-38-80;
Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsi: (018) 652-01-71.