Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır”

Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır” O qeyd edib ki, bütün bunlar Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsidir
İnfrastruktur
7 May , 2024 12:11
Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır”
Vüqar Bayramov

Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin adı ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev yenidən hakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375 milyon manat olub: “2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6,1 milyard manata qədər yüksəlib. Büdcə gəlirlərimiz 100 milyon manat idisə, bu gün gəlirlərimiz 35 milyard manat çivarındadır”.

O qeyd edib ki, bütün bunlar Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsidir.

Son xəbərlər

Orphus sistemi