Bakı. 1 sentyabr. REPORT.AZ/ Oktyabrın 5-dən 7-dək Bakıda çarter yükdaşımalarının inkişafına həsr olunan Air Cargo-2015 VI Xəzər sammiti keçiriləcək. Bu barədə "Report" "Euroavia International"a istinadən xəbər verir.
Qarşıdakı sammitin gündəliyində neft-qaz sənayesi və hava nəqliyyatı ilə tez xarab olan malların daşınması, həmçinin təchizat prosesinin təkmilləşdirilməsi məsələləri yer alıb.
Sessiyalar çərçivəsində "Aviayükdaşımalarının gələcəyi", "Yük göndərənlərin tələblərinin qlobal trendlərinin təhlili", "Neft - qaz sənayesi və hava nəqliyyatı ilə yükdaşımalar", "Yükdaşıyıcılarının perspektivləri" "Tez xarab olan məhsulların hava nəqliyyatı ilə daşınmasının təkmilləşdirilməsi" mövzuları üzrə məsələlər müzakirə olunacaq. Tədbir MDB ölkələri və Mərkəzi Asiya bazarlarındakı vəziyyətin təhlili və müzakirəsi ilə sona çatacaq.
Bundan əlavə, məruzəçi qismində sammitə Silk Way Group, Turkish Airlines Cargo, Boeing, DHL Global Forwarding,
Qeyd edək ki, Air Cargo V Xəzər sammiti 28-30 oktyabr 2013-cü ildə Bakıda keçirilib.