“Culfa” tankerinin təmiri başa çatıb

“Culfa” tankerinin təmiri başa çatıb ​​​​​​​“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz  Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankeri təmir olunub
İnfrastruktur
27 İyun , 2024 11:12
“Culfa” tankerinin təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankeri təmir olunub.

“Report”un ASCO-ya istinadən verdiyi məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.

Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasosları təmir olunub. Bundan başqa, gəmidə lazımi gövdə-qaynaq işləri aparılıb, onun idarəetmə sistemləri sazlanıb.

Təmirdən sonra gəmi yenidən istismara qaytarılıb.

Qeyd edək ki, “Culfa” tankeri indiyədək “Şuşa” adı ilə istismar edilirdi. Dəyişiklik Xəzərdənkənar sularda eyniadlı gəminin (“Aframax” tipli “Şuşa” tankeri) istifadəyə verilməsi nəzərə alınaraq həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi