COP29 iştirakçılarının ünvanlara çatdırılması üçün 16 nəqliyyat qovşağı yaradılıb

COP29 iştirakçılarının ünvanlara çatdırılması üçün 16 nəqliyyat qovşağı yaradılıb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı yaradılıb
İnfrastruktur
1 Noyabr , 2024 17:02
COP29 iştirakçılarının ünvanlara çatdırılması üçün 16 nəqliyyat qovşağı yaradılıb
Orxan Mahmudlu

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı yaradılıb.

"Report" xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

Onun sözlərinə görə, qovşaqlar hotellərin və iştirakçıların yerləşdirildiyi yaşayış komplekslərin olduğu sahələrdə yaradılacaq: "Bu, əsasən Bakı və Abşeronu əhatə edir. Qovşaqlar vasitəsilə hava limanına və konfransın keçirildiyi məkana daşımalar həyata keçiriləcək".

Plana əsasən, nəqliyyat qovşaqlarının yerləşdiyi ərazilər bunlardır: Şıxov, Qoşa Qala, Qış Parkı, Port Baku, Dənizkənarı Bulvar, İzmir küçəsi, Yasamal rayonu, Bakı Konqres Mərkəzi, Narimanov rayonu, Xırdalanda Qərb Ulduzu yaşayış kompleksi, Qonaq evi, Xəzri.

Son xəbərlər

Orphus sistemi