Bu il ilk dəfə Bakının elektron kadastr xəritəsi hazırlanacaq

Bu il ilk dəfə Bakının elektron kadastr xəritəsi hazırlanacaq Yaradılan reyestr sistemi ünvanları yeni və köhnə adla müəyyənləşdirməyə imkan verir
İnfrastruktur
4 Fevral , 2015 12:51
Bu il ilk dəfə Bakının elektron kadastr xəritəsi hazırlanacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Bu il Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin elektron kadastr xəritəsi hazırlanaraq istifadəyə veriləcək. "Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov jurnalistlərə açıqlamasında deyib.

R.Şahbazov bildirib ki, Komitənin əsas fəaliyyət istiqamətlərindən biri də daşınmaz əmlakın vahid kadastrı, habelə ünvan reyestrinin aparılması sahəsidir. Hazırda kadastr sahəsində beynəlxalq təcrübəyə əsaslanan vahid kadastr sistemi tərtib olunur və elektron kadastr xəritələrinin hazırlanması işi aparılır. Qanunvericilik bazasında təkmilləşmə işləri aparılır, normativ-hüquq bazanın yaradılması işləri həyata keçirilir. Artıq Sumqayıt şəhərinin elektron kadastr xəritələri hazırlanib istifadəyə verilib.

R.Şahbazov qeyd edib ki, Bakı şəhərində illərdir bu işlər ardıcıl olaraq həayat keçirilir: "Ünvan reyestirini təmin edən sistem artıq istifadəyə verilib. Məlumat bazası kadastr məlumatları ilə əhatə olunmaqla sistemdə funksionallıq təmin olunub. Ünvan reystrinin aparılması sahəsində Bakı şəhərində 1 325 nəqliyyat infrastruktur obyektləri, küçə və prospektlər üzrə bütün ünvan məlumatları dəqiqləşdirilib və sistemə köçürülüb. 53 rayon və şəhər mərkəzlərində ünvan reyestrinin aparılması üçün məlumat bazalarını tərtib etmək üçün 3 631 küçə və prospektlər, yəni nəqliyyat infrastruktur obyektləri üzrə ünvanların məlumatları hazırlanıb. Sumqayit şəhəri üzrə 149 nəqliyyat infrastruktur obyektləri məlumatları tamamlanıb".

Köhnə və yeni ünvanların müəyyənləşməsi məsələsinin narahatlıq doğurduğunu qeyd edən sədr müavini bildirib ki, yaradılan ünvan reyestr sistemi imkan verir ki, hazırda mövcud olan və yeni verilmiş ünvanlar axtarılan zaman hər iki ünvan müəyyən edilə bilir. Eyni vaxtda, köhnə ünvanı verməklə yeni ünvanı əldə etmək və əks proses mümkündür. Yeni ünvanların verilməsi üzrə məlumat bazasının formalaşdırılması prosesi isə bu ilin sonuna yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi