Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələrinin su resurslarına investisiyalar müzakirə olunacaq

Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələrinin su resurslarına investisiyalar müzakirə olunacaq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı” ölkələrində su resurslarının maliyyələşdirilməsinə dair 11-ci dəyirmi masa keçiriləcək.
İnfrastruktur
27 May , 2024 11:39
Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələrinin su resurslarına investisiyalar müzakirə olunacaq

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı” ölkələrində su resurslarının maliyyələşdirilməsinə dair 11-ci dəyirmi masa keçiriləcək.

“Report” bu barədə OECD-nin məlumatına istinadən xəbər verir.

“Dəyirmi masa mayın 30-31-də Brüsseldə Niderland hökuməti, “The World Water Council” və Dünya Bankının tərəfdaşlığı ilə keçiriləcək. İclas “Şərq Tərəfdaşlığı” ölkələrinə həsr olunacaq və su təchizatı, su ehtiyatları və risklərin idarə edilməsi, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma məsələlərini əhatə edəcək”, - məlumatda qeyd edilib.

Bundan başqa, dəyirmi masa iştirakçıları investisiya ehtiyaclarını və “Şərq Tərəfdaşlığı” proqramının prioritetlərinə uyğun olaraq su ehtiyatlarına investisiyaların sürətləndirilməsi imkanlarını müzakirə edəcəklər:

“Bu görüş hökumətlərin liderlərini və nümayəndələrini, dövlət və özəl investorları, maliyyə institutlarını, inkişaf banklarını, su təchizatı xidmətlərini, tənzimləyiciləri, beynəlxalq təşkilatları, kommersiya banklarını və s. bir araya gətirəcək”.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” layihəsinə 2009-cu ildə Aİ, onun üzv dövlətləri və altı ölkə - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün başlanılıb.

Son xəbərlər

Orphus sistemi