BNA: "Yol nişanları üzrə illik hədəfin 64 %-i icra edilib"

BNA: "Yol nişanları üzrə illik hədəfin 64 %-i icra edilib" Sentyabrda 25 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyi ilə bağlı işlər görülüb. Əsasən ətraf kənd və qəsəbələri əhatə etməklə 9 küçə və prospektdə sürət həddi optimallaşdırılıb.
İnfrastruktur
8 Oktyabr , 2021 14:18
BNA: Yol nişanları üzrə illik hədəfin 64 %-i icra edilib

Sentyabrda 25 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyi ilə bağlı işlər görülüb. Əsasən ətraf kənd və qəsəbələri əhatə etməklə 9 küçə və prospektdə sürət həddi optimallaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) təqdim etdiyi sentyabr ayı üzrə fəaliyyətin qısa icmalında bildirilib.

Piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi bu ay da diqqətdə saxlanılıb. Bu çərçivədə bir məntəqədə düyməli piyada svetoforu, 11 məntəqədə svetoforlara səs siqnalları, 13 məntəqədə isə svetoforlara piyada seksiyası quraşdırılıb. 16 küçədə piyada keçidləri yenilənib, 4 piyada keçidində “Sarı döyünən işıq”, 8 ünvanda isə eyni səviyyəli piyada keçidi təşkil edilib.

4 təhsil müəssisəsinin ətrafında görülən tədbirlər sayəsində 7 000-ə yaxın şagirdin, 400-ə yaxın pedoqoji kollektivin və digər piyadaların hərəkət təhlükəsizliyi artırılıb.

Nəqliyyat axının düzgün tənzimlənməsi məqsədilə 76 küçə və prospektdə 414 yol nişanı quraşdırlıb. Bu da yol nişanı üzrə illik hədəfin 64 %-i quraşdırılmış hesab edilir.

"Sentyabrda şəhər nəqliyyatında bir ilk də baş tutub. Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində Avropa Mobillik Həftəsi" keçirilib. Kampaniyanın devizi "Təhlükəsiz və Sağlam Dayanıqlı Mobillik" olub. Həftə ərzində “Nəqliyyat könüllüləri” “Gənclər hərəkətdə” adlı görüş, 4 maarifləndirmə tədbiri, 1 sorğu və “Velosiped sür. Sağlam ol” şüarı ilə veloyürüş keçirilib", - icmalda bildirilir.

Son xəbərlər

Orphus sistemi