Bilgəhdə yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq - FOTO
- 09 iyun, 2015
- 08:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq iyunun 10-14-də paytaxtın Bilgəh qəsəbəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, Zuğulba Yolu/Bakı Dairəvi II yolu - Dairə 1-dən Dairə 2-dək tam bağlanacaq. Bu müddətdə hərəkət istiqaməti Əliağa Vahid, Aslan Salahzadə küçələrinə yönləndiriləcək.
Qeyd edək ki, yarış iyunun 13-də saat 08:30-18:30, iyunun 14-də saat 08:30-dan 19:00-dək, tanışlıq üçün iyunun 10-da saat 05:00-dan 14:00-dək, iyunun 11-də saat 05:00-dan 14:00-dək keçiriləcək və yolların bağlanması bu müddətdə olacaq.