Bəxtiyar Məmmədov: “Metroda enerjiyə qənaətlə bağlı məlumatlar açıqlanacaq”

Bəxtiyar Məmmədov: “Metroda enerjiyə qənaətlə bağlı məlumatlar açıqlanacaq” “Bakı Metropoliteni” QSC illik hesabatlarında enerji sərfiyyatı və enerjiyə qənaətlə bağlı məlumatlar dərc edəcək.
İnfrastruktur
13 Sentyabr , 2024 17:32
Bəxtiyar Məmmədov: “Metroda enerjiyə qənaətlə bağlı məlumatlar açıqlanacaq”

“Bakı Metropoliteni” QSC illik maliyyə (audit) hesabatlarında enerji sərfiyyatı və enerjiyə qənaətlə bağlı məlumatlar dərc edəcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Metro elektrik enerjisi ilə çalışdığı üçün "yaşıl nəqliyyat" növü hesab olunur. Amma enerjiyə qənaət edilməsi ətraf mühit üçün ən vacib məsələlərdən biridir. Hazırda Bakı metrosuna gətirilən yeni qatarların hər biri enerjidən səmərəli istifadəyə yönəlib. Bu istiqamətdə nəticələr yeni qatarlar gəldikdən sonra daha aydın hiss edilir”, - deyə o qeyd edib.

B. Məmmədov əlavə edib ki, ilin sonuna qədər Bakıda istifadəyə veriləcək yeni nəsil 7 qatar da bu prosesə öz töhfəsini verəcək: “Qatarlar qənaət etdiyi elektrik enerjisini digər qatara yaxud elektrik yarımstansiyasına ötürür. Bu, ilk növbədə ekologiyanın qorunması baxımından vacibdir. Bakı metropoliteni ən böyük enerji istehlakçısı olduğu üçün enerjiyə qənaət mühüm əhəmiyyət kəsb edir və bu, sərnişindaşıma xərclərinə də təsir göstərə bilər”.

Son xəbərlər

Orphus sistemi