Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir dayanacaqlar quraşdırılıb

Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir dayanacaqlar quraşdırılıb Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir tipli dayanacaqlar, müxtəlif məlumatverici lövhələr və işıq dirəkləri quraşdırılıb.
İnfrastruktur
27 Dekabr , 2023 17:28
Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir dayanacaqlar quraşdırılıb

Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir tipli dayanacaqlar, müxtəlif məlumatverici lövhələr və işıq dirəkləri quraşdırılıb.

“Report”un Ağdama ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) avtomobil yollarının istismarı və təmiri idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə burada müxtəlif diametrli suötürücü borular, heyvan keçidləri, yaşayış məntəqələrinin daxilindən keçən hissədə piyadaların təhlükəsizliyi üçün 3 yerdə yerüstü piyada keçidləri tikilib istifadəyə verilib: “Yolun tikintisində Qarabağın inkişaf planı nəzərə alınıb. Həmin avtomobil yolunun tikintisi birinci texniki dərəcəyə uyğun olaraq həyata keçirilib. Yolun 1440-cı km-lik hissəsində yol ötürücülər, 25 və 42-ci km-lik hissəsində isə avtomobil körpüləri inşa edilib".

Xatırladaq ki, ümumi uzunluğu 44,5 km olan Bərdə-Ağdam avtomobil yolu ötən həftə istifadəyə verilib. Dörd hərəkət zolaqlı olan adıçəkilən yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Son xəbərlər

Orphus sistemi