Bakının Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir

Bakının Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərək
İnfrastruktur
27 Sentyabr , 2024 11:22
Bakının Zabrat qəsəbəsi Şəhər şosesində xüsusi hərəkət zolağı təşkil edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin Şəhər şosesində avtobus zolağı təşkil edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1 600-dən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə qədər sərnişin daşınır.

"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək", - deyə AYNA bəyan edib.

Son xəbərlər

Orphus sistemi