Bakının iki əsas magistralında sürətin maksimal həddi azaldılıb
İnfrastruktur
- 13 iyun, 2017
- 09:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyun. REPORT.AZ/ Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralı - Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saat endirilib.
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Hazırda Rəşid Behbudov küçəsi istisna olmaqla, paytaxtın digər küçə və prospektlərində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir”, - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region