Bakının Bəhruz Nuriyev küçəsi əsaslı təmir olunur

Bakının Bəhruz Nuriyev küçəsi əsaslı təmir olunur Bakının Nizami rayonunun Bəhruz Nuriyev küçəsinin Elşən Süleymanov küçəsindən Qara Qarayev prospektinə qədər olan hissəsi təmir edilir.
İnfrastruktur
9 Avqust , 2021 16:33
Bakının Bəhruz Nuriyev küçəsi əsaslı təmir olunur

Bakının Nizami rayonunun Bəhruz Nuriyev küçəsinin Elşən Süleymanov küçəsindən Qara Qarayev prospektinə qədər olan hissəsi təmir edilir.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 900 metrə qədər təşkil edir ki, hazırda burada təmir işləri son mərhələdə aparılır. Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

Cari ildə İnvestisiya Proqramına uyğun olaraq Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğui 6 km təşkil edən küçə və yol təmir edilir.

Son xəbərlər

Orphus sistemi