Bakının Badamdar qəsəbəsinin yollarından biri təmir edilir

Bakının Badamdar qəsəbəsinin yollarından biri təmir edilir Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin Abbas Abbaszadə küçəsi ilə II massivdəki 3-cü küçəni birləşdirən yolda təmir işləri aparır.
İnfrastruktur
7 Sentyabr , 2022 11:09
Bakının Badamdar qəsəbəsinin yollarından biri təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin Abbas Abbaszadə küçəsi ilə II massivdəki 3-cü küçəni birləşdirən yolda təmir işləri aparır.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 510 metr ortalama eni 8 metr olan sözügedən yolun təmir işləri çərçivəsində yolboyu köhnə asfalt beton örtüyü frezlənib, zəruri olan yerlərdə 230 p/m yeni bordür düzülüb. Hazırda ərazidə yeni asfalt örtüyünün döşənməsi icra olunur.

Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

2022-ci ildə Səbail rayonu üzrə ümumi uzunluğu 5 kilometr təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi