Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə aşıb
İnfrastruktur
- 22 may, 2024
- 09:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün səhər radələrində Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halı baş verməyib.
Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.
Son xəbərlər
10:55
Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib
Region
10:50
Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb
Region
10:48
"PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Maliyyə
10:48
BFB və "Nasdaq" səhm və istiqraz bazarlarının inkişafını müzakirə edib
Maliyyə
10:44
Meksikalı futbolçu Luis Alberto Rios Çaves güllələnərək öldürülüb
Futbol
10:42
Hökumət üzvlərinin dekabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Daxili siyasət
10:40
Azərbaycanda xroniki qan xərçəngi qadınlar arasında daha çox qeydə alınıb
Sağlamlıq
10:35
Foto
Bakıda hematologiyanın aktual problemləri ilə bağlı beynəlxalq konfrans keçirilir
Sağlamlıq
10:31
Aytən Şirinova: Rəqəmsal tibb və süni intellekt xroniki qan xərçənginin müalicəsində həkimlərə kömək edə bilər
Sağlamlıq