Bakıda körpünün üzərində çökmə yaranıb, hərəkət iflic olub - YENİLƏNİB

Bakıda körpünün üzərində çökmə yaranıb, hərəkət iflic olub - YENİLƏNİB Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.
İnfrastruktur
13 Dekabr , 2023 10:43
Bakıda körpünün üzərində çökmə yaranıb, hərəkət iflic olub - YENİLƏNİB

Bakıda körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində yaranan problemin aradan qaldırlması üçün işlər görülür.

"Report" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yol ötürücülərində temperatur şovu üzərində yerləşən asfalt-beton örtüyündə yağışa görə aşınma yaranıb.

"Hadisə gecə saatlarında intensiv hərəkətə baş verib. Agentliyin əməkdaşları hadisə yerinə cəlb olunurlar və problem aradan qaldırılacaq. Sosial şəbəkələrdə və xəbər saytlarında belə bir məlumat yayılıb ki, körpüdə çökmə yaranıb. Körpüdə problem yoxdur, sadəcə asfalt-beton örtüyünün aşınma qatının dağılması müşahidə olunur", - o vurğulayıb.

Onun sözlərinə görə, sözügedən ərazidə aşınma problemi qısa müddətdə aradan qaldırılacaq.

Anar Nəcəfli
Anar Nəcəfli
08:51

Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.

Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, - Mərkəz diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi