Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb
İnfrastruktur
- 26 sentyabr, 2023
- 05:42
Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Marşrut xətti “20-ci sahə” – “Nəriman Nərimanov” metrostansiyası istiqamətini əhatə edir.
Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.
Son xəbərlər
22:24
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq
İncəsənət22:20
Ayşən Abduləzimova: "Finaldakı rəqibimizi düşünmürük, əsas öz hazırlığımızdır"
Komanda22:12
Tramp: ABŞ İrandan sonra Kubaya nəzər sala bilər
Digər ölkələr22:10
"Hizbullah" İsraillə danışıqlardan imtina edib
Digər ölkələr21:56
Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək
Region21:50
"Turan"ın prezidenti Həsən Zeynalov: "Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar"
Komanda21:47
ABŞ Prezidenti: Hörmüz boğazının blokadası davam edir
Digər ölkələr21:36
Cozef Aun: ABŞ-də keçiriləcək Livan-İsrail danışıqlarında atəşkəs əldə oluna bilər
Digər ölkələr21:29