Bakıda bir sıra prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Bakıda bir sıra prospektlərdə hərəkət məhdudlaşdırılacaq 30 aprel və 1 may tarixlərində bir sıra prospektlərin müəyyən hissələrində təmir işləri aparılacaq.
İnfrastruktur
594
29 Aprel , 2022 17:43
Bakıda bir sıra prospektlərdə hərəkət məhdudlaşdırılacaq

30 aprel və 1 may tarixlərində bir sıra prospektlərin müəyyən hissələrində təmir işləri aparılacaq.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, 30 aprel saat 08:00-dan 1 may saat 20:00-dək Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsində. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Aprelin 30-da saat 08:00-dan 01 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü). Aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Mayın 1-də saat 08:00-dan saat 20:00-dək Heydər Əliyev prospektində Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində). Aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi