Bakıda avtobusu kirləndirən və zərər yetirən sərnişinlər məsuliyyətə cəlb olunacaqlar

Bakıda avtobusu kirləndirən və zərər yetirən sərnişinlər məsuliyyətə cəlb olunacaqlar Kamera görüntülərindən istifadə olunaraq belə sərnişinlərə qarşı tədbirlər görüləcək
İnfrastruktur
17 Fevral , 2017 15:36
Bakıda avtobusu kirləndirən və zərər yetirən sərnişinlər məsuliyyətə cəlb olunacaqlar

Bakı. 17 fevral. REPORT.AZ/ “BakuBus” MMC-nin avtobuslarında hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra, mərhələli şəkildə xarici və daxili yuyulma işləri aparılır. 

Şirkətdən "Report"a bildirilib ki, son vaxtlar xidməti başa vurub marşrut xəttindən qaraja qayıdan avtobusun salonunda müxtəlif məişət tullantıları ilə yanaşı, oturacaq və salonun digər hissələrinin sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsi aşkar edilir.

"Belə ki, bu hallarla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək, bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunub. Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi