Bakıda 49 nömrəli marşrut xəttini "BakuBus" istismar edəcək
İnfrastruktur
- 07 mart, 2026
- 12:03
"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasını paytaxtın Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslar yenilənir.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, marşrut üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, martın 9-dan xətti "BakuBus" MMC istismar edəcək.
Yeni təşkilata uyğun olaraq marşrut xəttində 30 ədəd böyüktutumlu avtobus fəaliyyət göstərəcək. Avtobuslar 5–6 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət edəcək.
Bildirilib ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,6 manat müəyyən olunub.
Son xəbərlər
19:21
Video
Ermənistan XİN başçısının Luis Okampo ilə gizli əlaqələri ifşa olunub
Xarici siyasət19:17
Foto
"Ölümün verdiyi həyat" bədii filminin qala gecəsi keçirilib
Mədəniyyət siyasəti19:14
Rəşad Sadıqov: "Aprel ayı bizi çox yordu"
Futbol19:05
Foto
Gəncədə WUF13 Festivalı keçirilir
İnfrastruktur19:03
SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb
Energetika18:55
Foto
Monqolustan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri başa çatıb
Daxili siyasət18:53
Mixail Qusman: Heydər Əliyev Azərbaycanın xilaskarı idi
Xarici siyasət18:50
Foto
Tbilisidə Aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub
Region18:49