Bakıda 3 küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda 3 küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Buna səbəb aparılacaq rənglənmə işləridir
İnfrastruktur
15 Aprel , 2017 11:17
Bakıda 3 küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı. 15 aprel. REPORT.AZ/ "Azəravtoyol" ASC sürücülərə müraciət edib. 

Bu barədə "Report" qurumun mətbuat katibi Anar Nəcəfliyə istinadən xəbər verir. 

Müraciətdə bildirilir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün axşam saatlarına qədər paytaxtın Hənifə Ələsgərov küçəsində rənglənmə işləri aparılacaq. Sözügedən küçədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər isə rənglənmə işləri Qara Qarayev prospektinin Məhəmməd Hadi küçəsinə doğru olan istiqamətində, Atatürk prospektinin isə Naxçıvani küçəsinədək olan hissəsində aparılacaq. Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və yaxud qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməklərini tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi