Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2-3 aya tamamlanacaq

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2-3 aya tamamlanacaq Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib
İnfrastruktur
23 Yanvar , 2017 10:14
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2-3 aya tamamlanacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası layihəsinin icrasının tamamlanması və yolun istismara hazır olacağı tarix açıqlanıb. "Report"un Türkiyənin "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan açıqlama verib.

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikinti işlərinin bitməsinə iki ay qalıb. Hazırda ərazidə iş fəal surətdə gedir. Lakin qış mövsümünün çətinliklərini nəzərə alaraq, etiraf etməliyəm ki, BTQ çərçivəsində işlərin cari ilin mart-aprel aylarında yekunlaşdırılması nəzərdə tutulub", - deyə türkiyəli nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi