Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB

Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.
İnfrastruktur
4707
30 İyul , 2021 10:09
Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB
0 : 00
0 : 00

"Metropolitenin bütün xətlərində qatarların hərəkəti cədvələ uyğun olaraq tam təmin olunub".

Bunu "Report"a Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

09.41

"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.

"Report" xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.

Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.

Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.

"Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi