Bakı metrosu 1 milyon dollarlıq idarəetmə panelləri alır

Bakı metrosu 1 milyon dollarlıq idarəetmə panelləri alır “Bakı Metropoliteni” QSC “Bənövşəyi” xəttinə aid “Xocəsən” elektrik deposunun müxtəlif obyektlərində idarəetmə panellərinin alınıb quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İnfrastruktur
18 Avqust , 2022 11:25
Bakı metrosu 1 milyon dollarlıq idarəetmə panelləri alır

“Bakı Metropoliteni” QSC “Bənövşəyi” xəttinə aid “Xocəsən” elektrik deposunun müxtəlif obyektlərində idarəetmə panellərinin alınıb quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İ.M.S. ENGİNEERİNG LTD” MMC-dir.

Qalib şirkətə 1,659 milyon manat (976 min ABŞ dolları) ödəniləcək.

Son xəbərlər

Orphus sistemi