Bakı Limanı Avropa İttifaqı ilə birlikdə yeni layihələr icra etmək istəyir

Bakı Limanı Avropa İttifaqı ilə birlikdə yeni layihələr icra etmək istəyir “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə yeni layihələr icra etmək istəyir.
İnfrastruktur
10 Mart , 2022 10:59
Bakı Limanı Avropa İttifaqı ilə birlikdə yeni layihələr icra etmək istəyir
Taleh Ziyadov

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa İttifaqının (Aİ) dəstəyi ilə yeni layihələr icra etmək istəyir.

“Report” xəbər verir ki, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov Aİ ilə birlikdə keçirilən “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində deyib.

“Aİ-dan layihələrin davam etdirilməsini gözləyirik. Əməkdaşlığımız 2016-cı ildə başlayıb və bir sıra sahələrdə faydasını görmüşük. Dünya dəyişir, 2030-2035-ci illərdə daha fərqli olacaq. Önümüzdəki 10 ili indidən planlaşdırmaq lazımdır. Azərbaycan Aİ ilə birlikdə 2035-ci ilə "Net Zero Emission" hədəfini qarşıya qoyub. Biz bu hədəfə çatmaq üzərində işləyirik. Hədəf ölkəmizin “yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməsinə imkan verəcək”, - deyə o, qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqının Bakı Limanı ilə birgə həyata keçirdiyi “Bakı Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsi 2016-cı ilin noyabrından etibarən həyata keçirilir və  2020-ci ildən icra olunan layhənin ikinci fazası da bu il uğurla başa çatıb.

Layihənin əsas məqsədi 2020-2022-ci illər üzrə Bakı Limanın strateji planı və Yaşıl Liman konsepsiyasının həyata keçirilməsində Limanın imkanlarının genişləndirmək olub. Layihə çərçivəsində həmçinin, yeni beynəlxalq sertifikatların əldə olunması, biznes proseslərinin optimallaşdırılması üçün liman əməliyyatlarının, o cümlədən insan resursları sisteminin rəqəmsallaşdırılması, ticarət və investisiya fəaliyyətlərinin gücləndirilməsi, xüsusi ilə inteqrasiya olunmuş logistik idarəetmə sisteminin inkişafı və Orta Dəhliz boyunca bütün təchizat zəncirini birləşdirmək üçün rəqəmsal platformanın genişləndirilməsi istiqamətində mühüm işlər aparılıb.

Eyni zamanda, layihənin nəticəsi olaraq Bakı Limanı yenidən ISO 14001:2015 sertifikatı əldə edib. Bu sertifikat ətraf mühitin mühafizəsi üzrə idarəetmə standartı olub müəssisədə ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə sistemli əməliyyatların qurulmasını və eko-sistemin qorunması üçün dayanıqlı fəaliyyətlərin aparılmasını özündə ehtiva edir. Bununla yanaşı, Bakı Limanı regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) "EcoPorts" sertifikatına layiq görülüb və ötən il layihə çərçivəsində bu resertifikasiyadan da Bakı Limanı uğurla keçib. Beləliklə, Azərbaycan dünya üzrə ərazisində qeyd olunan sertifikatı almış 24 ölkə arasında öz yerini alıb və Bakı Limanı regionun ilk “Yaşıl Liman” statusuna layiq görülüb.

Layihənin bağlanış mərasimində həmçinin Bakı Limanının Təlim Mərkəzi və Barselona Limanının Təlim Mərkəzi arasında Anlaşma memorandumu imzalanıb.  Məqsəd Bakı Limanının Təlim Mərkəzinin regional port və logistika üzrə təlim mərkəzinə çevrilməsi istiqamətində institusional inkişaf strategiyasının həyata keçirilməsidir. Hər iki limanın təlim mərkəzi birgə sinergiya yaradaraq praktiki iş təcrübəsi və müasir bazarın çağırışlarına uyğun kadr potensialının yaradılmasına mühüm töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi