“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə "Report" quruma istinadən xəbər verir.
Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan 64 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.