“Azərsu” ASC-nin ötən il gördüyü işlər açıqlanıb
- 10 mart, 2022
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə “Azərsu” ASC 27,7 km magistral su xətti, 198,4 km şəbəkə su xətti, 31,9 km içməli su xətlərinin ev birləşmələri, 37 km kanalizasiya şəbəkəsi xətti, 15,7 km kanalizasiya ev birləşmələri xətti, 8 km kanalizasiya kollektoru, diametri 1400-2000 mm olan 660 metr uzunluğunda mikrotunel, 4,7 km yağış suyu kanalizasiya xətti çəkib, 1 ədəd üfüqi su qəbuledici qurğu, məhsuldarlığı 2 160 kub metr/gün olan kanalizasiya nasos stansiyası, həcmi 25 kub metr olan 2 ədəd, həcmi 50 kub metr olan 3 ədəd və həcmi 7,5 min kub metr olan 1 ədəd su anbarı tikib.
"Report" bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.
Bundan başqa, sənədə əsasən, ötən il məhsuldarlığı 13 kub metr/saat olan 2 ədəd, 36 kub metr/saat olan 1 ədəd, 50 kub metr/saat olan 1 ədəd və 3 600 kub metr/gün olan 1 ədəd su nasos stansiyası, 1 ədəd infiltrasiya və 1 ədəd septik çən, məhsuldarlığı 10 000 kub metr/gün olan 1 ədəd, 7 500 kub metr/gün olan 1 ədəd, 3 500 kub metr/gün olan 1 ədəd tullantı sutəmizləyici qurğular kompleksinin tikinti-quraşdırma işləri tamamlanıb, 1 ədəd mövcud kanalizasiya nasos stansiyası yenidən qurulub, 1 ədəd subartezian quyusu qazılıb, məhsuldarlığı 0,4 kq/saat olan 1 ədəd elektroloiz tipli zərərsizləşdirmə qurğusunun tikintisi davam etdirilib.
Hesabat dövründə 30,8 min ədəd mexaniki su sayğacı quraşdırılıb, müxtəlfi məhsuldarlıqlı 5 tullantı sutəmizləyici qurğular kompleksinin və məhsuldarlığı 20 000 kub metr/gün olan sutəmizləyici qurğular kompleskinin tikintisi üzrə işlər aparılır.
Hesabat ilində su təchizatı və kanalizasiya sistemlərinin ahəngdar fəaliyyətiinin təmin olunması üçün Cəmiyyət 66,5 km su xətti və 83,5 km kanalizasiya xətti quraşdırıb və yaxud təmir edib, tullantı su xətləri üzərində 760 ədəd nəzarət-baxış quyusu tikib və yaxud təmir edib, 795 ədəd nasos, 305 ədəd siyirtmə, 22 ədəd əks klapan təmir edib, 209 ədəd nasos, 477 ədəd siyirtmə, 29 ədəd əks klapan və 134 ədəd elektrik avadanlığı yenisi ilə əvəz edib, 374 ədəd elektrik avadanlığı əsaslı təmir edib, 16,8 km yeni elektrik verilişi xətti quraşdırıb, 2,2 km elektrik xətti yenisi ilə əvəz edib.
“Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın aidiyyatı bəndlərinin icrası üzrə görülən işlər davam etdirilib. Ümumi həcmi 1320,0 min kub metr olan və 832 ədəd su anbarı qüvvədə olan standartlara uyğun olaraq yuyulub təmizlənib, ümumi həcmi 7,7 min kub metr olan 48 ədəd su anbarının istismarı isə dayandırılıb. Bununla yanaşı, yuyulub təmizlənmiş və zərərsizləşdirilmə tədbirləri aparılmış su xətlərinin uzunluğu 5,7 km olub.
Hesabat dövründə su təchizatı şəbəkələrinə verilən içməli suyun keyfiyyətinə nəzarət etmək məqsədi ilə ümumilikdə Cəmiyyətin Mərkəzi Laboratoriyası 64 mindən çox su nümunəsi götürüb və 386,8 min göstərici üzrə analiz aparıb. Həmçinin bu dövrdə 5,5 min tullantı su nümunəsindən 32,1 min göstərici üzrə analizlər aparılıb.