“Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı açıqlama

“Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı açıqlama Böyükşor gölünün ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.
İnfrastruktur
7 İyul , 2020 18:27
“Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı açıqlama

Böyükşor gölünün ətrafında “Azərsu” ASC-yə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

“Report” xəbər verir ki, bunu qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. 

Onun sözlərinə görə, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır. Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb (şəkil əlavə olunur.) Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək”.

Xatırladaq ki, dünən  axşam saatlarından etibarən Bakının bəzi ərazilərində kəskin üfunət qoxusu yayılıb. Müəyyən olunub ki, həmin qoxunun mənbəyi Böyükşor gölüdür. İlkin ehtimala görə, qoxu gölə axıdılan kanalizasiya suları ilə əlaqədar yaranıb. 

Son xəbərlər

Orphus sistemi