"Azərsu" Avropa Çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

"Azərsu" Avropa Çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib Ope­ra­tiv həlli məqsəd­ilə ix­ti­sas­laş­mış qə­za bri­qa­daları təşkil edilib
İnfrastruktur
191
12 İyun , 2021 12:09
Azərsu Avropa Çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

“Azər­su” ASC futbol üzrə 16-cı Avropa Çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb.

Bu barədə "Report" "Azərsu" ASC-ya istinadən xəbər verir.

"Cəmiyyətin ida­rə aparatın­da və ra­yon su­ka­nal ida­rə­lə­rin­də məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş ve­rə bi­lə­cək qəza­la­rın ope­ra­tiv həlli məqsəd­ilə ix­ti­sas­laş­mış qə­za bri­qa­daları təşkil edilib və onlar onlar xü­su­si tex­ni­ka, ma­şın və me­xa­nizm, mal-ma­te­rial və ava­dan­lıq­lar­la tə­min olun­ub.

Yarışlara hazırlıq çərçivəsində Ba­kı şə­hə­ri­ni iç­mə­li su ilə tə­min edən mən­bə­lər, ma­gist­ral xət­lər, mərkə­zi və mə­həl­lə­da­xi­li an­bar­lar, su və kanaliza­si­ya na­sos stansiyala­rı­nın və­ziy­yə­ti təh­lil edil­ib, aş­kar olun­muş çatışmazlıqlar ara­dan qal­dı­rıl­ıb və bu istiqamətdə iş­lər da­vam et­di­ri­lir. Ey­ni za­man­da idmançıların və qonaqların yerləşdiyi obyektlərin, həmçinin idman qurğularının su təchiza­tı və ka­na­li­za­si­ya sis­tem­lə­ri­nə ba­xış ke­çi­ril­ib, bu ob­yekt­lə­rin da­ya­nıq­lı içməli su təc­hi­za­tı­nın apa­rıl­ma­sı üçün lazımi tədbirlər görülüb", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi