"Azərkosmos": Azərbaycan ərazisinin 15 %-i çox yüksək quraqlıq riski altındadır

"Azərkosmos": Azərbaycan ərazisinin 15 %-i çox yüksək quraqlıq riski altındadır Azərbaycanda iqlim dəyişikliklər nəticəsində Qızılağac qoruğunda su hövzələrinin 40 %-i, bataqlıqların 52 %-i itirilib.
İnfrastruktur
5 Aprel , 2024 11:00
Azərkosmos: Azərbaycan ərazisinin 15 %-i çox yüksək quraqlıq riski altındadır

Azərbaycanda iqlim dəyişikliklər nəticəsində Qızılağac qoruğunda su hövzələrinin 40 %-i, bataqlıqların 52 %-i itirilib.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.

"1993-2023-cü illərdə Xəzərin səviyyəsi 2 metr azalıb. Bu azalmanın 1,5 metri son beş ilə təsadüf edib",- deyə o qeyd edib.

S. Əsədov 2017-ci illə müqayisədə Böyük və Kiçik Qafqaz və Talış dağlarında olan buzlaqların 18-ni itirdiyimizi diqqətə çatdırıb.

"Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, Azərbaycan ərazisinin 15 %-i çox yüksək quraqlıq riski altındadır. Ən çox quraqlıq riskinə məruz qalan Gəncə, Daşkəsən və Dağlıq Şirvan regionlarıdır.", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi