“Azəristiliktəchizat”ın ötən il gördüyü işlər açıqlanıb

“Azəristiliktəchizat”ın ötən il gördüyü işlər açıqlanıb 2021-ci ildə "Azəristiliktəchizat" ASC 563 qazanxana istismar etməklə 3 870 yaşayış binasını, 277 məktəbi, 160 uşaq baxçasını, 161 səhiyyə obyektini və 2 min digər sosial obyekti istiliklə təmin edib.
İnfrastruktur
10 Mart , 2022 14:47
“Azəristiliktəchizat”ın ötən il gördüyü işlər açıqlanıb

2021-ci ildə "Azəristiliktəchizat" ASC 563 qazanxana istismar etməklə 3 870 yaşayış binasını, 277 məktəbi, 160 uşaq baxçasını, 161 səhiyyə obyektini və 2 min digər sosial obyekti istiliklə təmin edib.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, Cəmiyyətin yaradıldığı 2004-2005-ci illərlə müqayisədə 2021-2022-ci illər istilik mövsümündə istilik mənbələrinin sayı 397 ədəd və yaxud 3,4 dəfə, yaşayış binalarının sayı 2 882 ədəd və yaxud 3,9 dəfə, məktəblərin sayı 131 ədəd və yaxud 1,9 dəfə, uşaq baxçalarının sayı 76 ədəd və yaxud 1,9 dəfə, səhiyyə obyektlərinin sayı 100 ədəd və yaxud 2,6 dəfə, digər obyektlərin sayı 1 889 ədəd və yaxud 21,7 dəfə artırılıb.

Bundan başqa Bakıda və regionlarda 96 qazanxana vasitəsilə istlik təchizatı ilə bərabər 14,4 min mənzilli 324 yaşayış binası, həmçinin 80 sosial və təsərrüfat obyektləri isti su ilə təmin olunub.

Ötən il istilik təchizatı sistemlərinin bərpası və modernləşdirilməsi tədbirləri çərçivəsində 6 ”Modul” tipli, 1 “Kaskad” tipli qazanxanalar quraşdırılmaqla yeni istilik mənbələri yaradılıb, 3 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilib.

Son xəbərlər

Orphus sistemi