Azərbaycandakı yarımçıq binalarda hüquqların rəsmiləşdirilməsi problemləri müzakirə edilib

Azərbaycandakı yarımçıq binalarda hüquqların rəsmiləşdirilməsi problemləri müzakirə edilib Azərbaycanda tikintisi başa çatmamış binalarda hüquqların rəsmiləşdirilməsində mövcud problemlər ətrafında müzakirələr aparılıb.
İnfrastruktur
21 Avqust , 2024 10:40
Azərbaycandakı yarımçıq binalarda hüquqların rəsmiləşdirilməsi problemləri müzakirə edilib

Azərbaycanda tikintisi başa çatmamış binalarda hüquqların rəsmiləşdirilməsində mövcud problemlər ətrafında müzakirələr aparılıb.

“Report” bu barədə Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, mülki hüquq münasibətlərinin tənzimlənməsində xüsusi yer tutan əmlak hüquqlarının müasir dövrün çağırışlarına uyğun təmin edilməsi üçün səmərəli mexanizmlərin yaradılması məqsədilə qurumun təşəbbüsü ilə “Daşınmaz əmlak dövriyyəsinin stabilliyi” mövzusunda elmi-praktiki seminar keçirilib.

Beynəlxalq ekspert, Almaniyanın Halle-Vittenberq Universitetinin professoru Azər Əliyevin iştirakı ilə keçirilən seminarda Ədliyyə və İqtisadiyyat nazirlikləri, Ali Məhkəmə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Hüquqi Eskpertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası və Azərbaycan Notariat Palatasının nümayəndələri iştirak edib.

Seminarda daşınmaz əmlak sektorunun inkişaf etdirilməsi, bu sahədə risklərin qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi imkanları nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi