İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü ilin yanvar-noyabr aylarında apardığı monitorinqlər zamanı ümumilikdə 7 399 torpaq qanunvericiliyinin tələblərinin pozuntu halı aşkar edilib və həmin hallarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, 11 ayda aşkar edilmiş torpaq qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı ümumilikdə 1 474 inzibati xəta haqqında protokol tərtib edilib, təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb olunub.
Hesabat dövründə torpaq qanunvericiliyinin pozulması halları ən çox (ilk beşlik) Bakı şəhəri, Abşeron rayonu, Gəncə şəhəri, Goranboy və Saatlı rayonlarında qeydə alınıb.