Azərbaycanda sərnişindaşıma 18 % artıb
- 17 noyabr, 2023
- 14:00
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4 % və 17,8 % çox olub.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 186,2 milyon ton yük daşıyıb. Yüklərin 4,1 %-i dəniz, 8,2 %-i dəmir yolu, 0,1 %-i hava, 57,1 %-i avtomobil nəqliyyatı, 30,5 %-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,9 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6 % təşkil edib.
10 ayda nəqliyyatçılar 1 552,3 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88 %-i avtomobil nəqliyyatı, 11,5 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.