​Azərbaycanda sel suları avtomobil yollarında torpaq sürüşmələrini aktivləşdirib

​Azərbaycanda sel suları avtomobil yollarında torpaq sürüşmələrini aktivləşdirib Təbii fəlakət 20-yə yaxın rayonda avtomobil yollarına ziyan vurub
İnfrastruktur
18 İyul , 2016 12:59
​Azərbaycanda sel suları avtomobil yollarında torpaq sürüşmələrini aktivləşdirib

Bakı. 18 iyul. REPORT.AZ/ Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-yə yaxın rayonda yol təsərrüfatına xeyli ziyan dəyib. Xüsusilə Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda “Azəravtoyol” ASC-nin xidmət etdiyi avtomobil yollarına daha çox ziyan dəyib.

Qurumdan "Report"a verilən məlumatda bildirilir ki, intensiv yağıntılar, eyni zamanda, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissələrində, Ağsu dolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələrini daha da aktivləşdirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb. Dərhal qeyd edilən ərazilərə mütəxəssislər cəlb olunub, təbii fəlakətin miqyası müəyyənləşdirilib. 

Nəticədə bir çox ərazilərdə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təbii fəlakətin fəsadları qısa müddət ərzində aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi