Bu ilin yanvar-mart aylarında Azərbaycanın avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 185 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 218,722 min manat ziyan dəyib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, bunun 107,973 min manatı ödənilib, qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 16 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Hazırda Azərbaycanda 1,4 milyondan çox avtomobil istismardadır.