Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 2 dəfə artıb

İnfrastruktur
  • 22 yanvar, 2022
  • 11:41
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 2 dəfə artıb

2021-ci ildə Azərbaycanda 2020-ci illə müqayisədə 96% və yaxud təxminən 2 dəfə çox - 1 132,4 min sərnişin daşınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, daşımaların 99,5 %-i dövlət, 0,5 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bundan başqa, ötən il Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 15,1 milyon ton yük, 2 825,8 min sərnişin daşınıb.

Bu, əvvəlki ilə nisbətən müvafiq olaraq 3 % və 33 % çoxdur.

Ötən il sutkada orta hesabla 361 vaqon yüklənib, 351 vaqon isə boşaldılıb. Dəmir yolunun Şimal istiqaməti üzrə 17,6 min ton, Qərb istiqaməti üzrə 3,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.