Azərbaycanda FLIRT qatarları daha bir marşruta buraxılır
İnfrastruktur
- 04 aprel, 2025
- 12:25
Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz edilir.
"Report" “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, aprelin 5-dən FLIRT qatarı ənənəvi hərəkət cədvəli əsasında həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə Qəbələdən Bakıya yola düşəcək.
Məlumata əsasən, ən son təhlükəsizlik sistemləri ilə təchiz edilmiş birmərtəbəli yeni qatarda sərnişinlərin rahatlığı üçün bar-vaqon, velosiped daşımaq üçün ayrılmış yerlər, inklüziv səyahət imkanları və s. təqdim olunur.
Xatırladaq ki, aprelin 1-dən Abşeron dairəvi marşrutu üzrə İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarı istifadəyə verilib. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir.
Son xəbərlər
21:03
Tramp İranla danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr20:52
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib
Futbol20:48
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
Hərbi20:46
Tramp: ABŞ Ukraynadakı münaqişəni dayandırmaq üçün işləri davam etdirir
Digər ölkələr20:32
Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Hadisə20:18
Abbas Əraqçi Moskvada Putinlə görüşəcək
Region20:09
Foto
Andrey Babiş Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Xarici siyasət19:59
Avarçəkənlərimiz "Paolo d"Aloja" turnirində iki medal qazanıb
İdman19:57