Bakı. 3 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, qərara görə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Qərar “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2016-cı il 11 aprel tarixli sərəncamının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.