Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlir 5 % artıb

İnfrastruktur
  • 18 dekabr, 2021
  • 13:23
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlir 5 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 % artaraq 6 milyard 864,3 milyon manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hüquqi şəxslər əhaliyə 5 milyard 220,3 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 76 %-ini təşkil edib.

11 ay ərzində hər bir ölkə sakini orta hesabla 685,3 manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 61,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

44 - Tezliklə