Azərbaycanda 5 ildən çox icarədə olan dövlət və bələdiyyə əmlaklarının özəlləşdirilməsi təklif olunur

Azərbaycanda 5 ildən çox icarədə olan dövlət və bələdiyyə əmlaklarının özəlləşdirilməsi təklif olunur Azərbaycanda iqtisadi həyatı canlandırmaq üçün dövlət və bələdiyyə mülkiyyətinə aid, 5 ildən artıq icarədə olan qeyri-yaşayış və torpaq sahələrinin güzəştli şərtlərlə özəlləşdirilməsi həyata keçirilməlidir.
İnfrastruktur
25 Noyabr , 2024 16:07
Azərbaycanda 5 ildən çox icarədə olan dövlət və bələdiyyə əmlaklarının özəlləşdirilməsi təklif olunur

Azərbaycanda iqtisadi həyatı canlandırmaq üçün dövlət və bələdiyyə mülkiyyətinə aid, 5 ildən artıq icarədə olan qeyri-yaşayış və torpaq sahələrinin güzəştli şərtlərlə özəlləşdirilməsi həyata keçirilməlidir.

“Report” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, mülkiyyət sahibi olmayanlar adətən investisiya yatırmır, son nəticədə həmin qeyri-yaşayış və torpaq sahələri istifadəsiz qalır: "Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır", - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlara oradakı daşınmaz əmlakları, o cümlədən torpaq sahələrini güzəştli şərtlərlə özəlləşdirməyə imkan yaradılmalıdır: "Kommunikasiya xətlərinin üzərində yerləşməyən bütün yaşayış və qeyri-yaşayış sahələrinin ümumi qaydada özəlləşdirilməsi təmin edilməlidir ki, dövlət büdcəsinə vəsait daxil olsun".

F.Mustafa həmçinin təklif edib ki, ölklədə dini təhsilə daha çox vəsait ayrılsın: "Dini təhlükəsizliklə bağlı narahatlıq var. Azərbaycanda dini sahədə kənar amillərin ölkəmizə mənfi təsirləri daha qabarıq özünü göstərir".

Son xəbərlər

Orphus sistemi